13 İyun 2019 20:16
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda Avropa İttifaqı – Azərbaycan biznes forumu keçirilir. Avropa İttifaqı ölkələri Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya yatırıb. Azərbaycanın Avropa İttifaqı ölkələrinə yatırdığı investisiyalar təxminən 15 milyard dollar təşkil edir. Avropa İttifaqının Cənubi Qafqazdakı əsas tərəfdaşı Azərbaycan sayılır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür:

“Azərbaycanda Avropa İttifaqından olan 1600 şirkət fəaliyyət göstərir.
Bütün bu rəqəmlər ortada varkən və əsas ticarət tərəfdaşımız köhnə qitə olarkən Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin vaxtının uzadılmasının yeri yoxdur. Elə Bakıdakı forumda iştirak edən və Prezident İlham Əliyevlə görüşən Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın da sözlərinə görə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalananması Azərbaycan üçün iqtisadi imkanların artmasına yardım edəcək. Deməli, bu artıma yolu açmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu