8 İyul 2019 21:59
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır, Rusiya əleyhinə proseslər qızışdırcı mərhələyə keçir. Görünən budur ki, üçüncü qüvvə ciddi cəhdlə Tiflis-Moskva əlaqələrini qoparmağa çalışır. Çünki Bidzina İvanişvilinin nəzarətində olan hökümət Rusiya ilə müəyyən əlaqələri bərpa edib, bu istiqamətdə ciddi addımlar atmağa başlamışdı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Tiflisdəki gərginlik Qərbi narahat etməyə başlayıb:

“Qərb çalışır ki, Gürcüstandakı hazırkı hakimiyyəti devirib anti-Rusiya siyasətini yenidən bərpa etsin.

Bu gün Rusiya Gürcüstanın 20% ərazisini işğal edib, buna baxmayaraq Tiflisdən güzəştlər qoparamağa çalışır. Bu güzəştlərin içində Abxaziyadan keçməklə Ermənistana dəmir yolu xəttinin açılmasıdır. Bu, Qərbin də maraqlarına cavab vermir. Çünki Rusiya Ermənistanla quru yolunu bərpa etdikdən sonra Qərbin regiondakı enerji və təhlükəsizilk məsələləri ilə bağlı maraqlarını risk altında qoyacaq.

Hesab edirəm ki, Tiflisdəki etirazlar genişlənsə, hakimiyyət dəyişikliyi baş verə bilər. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının bu halda hakimiyyətə gəlməsi ehtimalı yüksəkdir. Lakin Rusiya baş verənlərə seyirçi qalmayacaq, bu ölkəyə sanksiyaıar tətbiq edəcək və Cənubi Osetiya istiqamətində sərhədləri Gürcüstanın mərkəzinə doğru çəkəcək. Bu da Azərbaycanın neft boru kəmərinə təhlükə vəd edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər