23 İyul 2019 18:15
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Teleqraf.com-a XİN-in mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycanda olmasından məmnunluğunu bildirən Santiaqo Mba Eneme Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz İxrac Edən Ölkələrin Forumunda iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə E.Məmmədyarova təqdim edib.

Dəvətə görə təşəkkürünü bildirən E.Məmmədyarov məktubu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib. Daha sonra, nazir 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər