Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçiriləcək növbəti görüşün tarixini açıqlamayıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə Gürcüstanın paytaxtı Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ölkənin baş diplomatı görüşün tarixinin hər iki tərəfdən eyni vaxtdan elan ediləcəyini bildirib:
“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kifayət qədər çalışdıq, görüşlər davam edir”.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş iyunun 20-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.