Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlı ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarında 8 avqust tarixinə qədər dövlət bayrağı endiriləcək.
Bu barədə Teleqraf.com-a ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verib.
“Texas, Ohayo və İllinoys ştatlarında hücum aktı nəticəsində həlak olanların xatirəsinə ehtiram göstərmək üçün 8 avqust gün batana qədər bütün bayraqlar endiriləcəkdir” - deyə, məlumatda qeyd olunub.