6 Sentyabr 2019 12:41
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna xalqı Kuçmadan sonra nə əldə etdi? ÜDM, social-iqtisadi inkişaf göstəricilərinə görə son 15 ildə iftixarla deyiləsi heç bir müsbət irəliləyiş yoxdur. Əvəzində cəmiyyətin müxtəlif ideologiyalara parçalanması, ərazi bütövlüyünün itirilməsi, oliqarxiyanın və banditizmin siyasi sistemə daha dərindən oturuşması baş verdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert yeni prezident Vladimir Zelenskinin dönəmində də Ukraynanın məşğul olduğu məsələlərin həllinin problematik olduğunu qeyd edib:

“İndi isə hakimiyyətdə Zelenskidir. Onun Nazirlər Kabineti Poroşenkoda olduğu kimi Vaşinqtonda və Brüsseldə formalaşıb. Yeni komandada əməlli- başlı cavanlaşma getsə də, düzgün yazı yaza bilməyən 29 yaşlı qızın Təhsil naziri vəzifəsinə gətirilməsi kadr siyasətinə hansı prizmadan baxılmasına xəbər verir.

Yeri gəlmişkən, indi hakimiyyətin ən güclü fiquru olan Poroşenkodan qalma Arsen Avakovun yenidən daxili işlər naziri vəzifəsinə təyin olunması məcburiyyətlə bağlı idi. Artıq parlamentin qərarına əsasən Milli Qvardiya Avakova yox, prezidentə tabe olacaq”.

Zaur Məmmədov hesab edir ki, Ukraynanın indiki iqtidarının dönəmində də hansısa böyük dəyişikliklərin şahidi olmayacağıq:

“Çünki Ukraynanın geosiyasi vəziyyəti bataqlıqda çapalayan quzunu xatırladır. Onun bir tərəfində əli baltalı Rusiya, digər tərəfində isə, əli zənbilli Qərb durub. Yanlış qərarların gətirdiyi nəticələr belə olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər