14 Sentyabr 2019 17:49
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistana ciddi beynəlxalq təzyiqlər göstərilməlidir. Əks halda, erməni tərəfi münaqişənin həllini uzatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistan hakimiyyəti açıq şəkildə münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, beynəlxalq birliyin Ermənistanın bu mövqeyini sükutla qarşılaması təəssüf doğurur.

“İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək. Ümumiyyətlə, bu münaqişənin həllinə beynəlxalq münasibətlər sistemindəki vəziyyət, güc mərkəzləri arasındakı münasibətlər böyük təsir göstərir. Bu güc mərkəzləri arasında gedən geostrateji mübarizənin bir hissəsi isə Qafqaza düşür. Azərbaycan regionun lider dövləti kimi bu bölgədəki proseslərdə mühüm rol oynayır. Ona görə də, beynəlxalq birlik Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməlidirlər”, – deyə deputat qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər