Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Yadigar Sadıqlı namizədliyinə dair ərizəsini Müsavat Partiyasının qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə təqdim edib.
Müsavat Partiyasının IX qurultayının oktyabrın 12-də keçirilməsi gözlənilir.