Belə bir deyim var; quyu qazana deyirlər, bir qədər gen qaz, günün birində o quyuya özün düşə bilərsən. İndi Əli Kərimli və onun illərdir saxladığı, cəmiyyətin başına bəla etdiyi trol dəstəsi bu gün özünün başına bəla olub. Faktiki olaraq, cəmiyyətə sırımaq istədiyi o trolluq bu gün onun öz başına bəla olub.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist A.Həsrət deyib.
O qeyd edib ki, Kərimlinin əməlləri öz başında çatlamaqdadır:
“Biz illərdir deyirik ki, Əli Kərimli siyasi mübarizədə aşağılama, təhqir, söyüş ritorikasına üstünlük verir. Təbii ki, bu, onun özünün seçimi, öz əxlaqıdır. Biz qarışa bilmərik. Qoy o əxlaqla yaşamağa davam etsin. Amma o bu əxlaqı uzun illərdir cəmiyyətə sırımağa çalışırdı. Bu gün həmin əxlaq onun öz başında çatlayır. Xüsusən son vaxtlar Əli Kərimlinin bu trol siyasətinin ifşasından, faş edilməsindən sonra ağlı başında olan, doğrudan da normal müxalifətçilik etmək istəyən, ədəb-əxlaq çərçivəsində tənqidçi mövqe tutan adamlar artıq onun ətrafından uzaqlaşmaqdadırlar. Hətta, uzun illər onunla bir yol gəlmiş insanlar artıq Əli Kərimlidən uzaqlaşırlar. Özü də sakitcə uzaqlaşmırlar. Bəyanat verərək, açıqlamalarında Əli Kərimlinin məhz trol siyasətini tənqid edərək, onun trol siyasətinin qəbuledilməz olduğunu bəyan edərək, uzaqlaşırlar. Mən belə düşünürəm ki, Əli Kərimli doğrudan da siyasət adamıdırsa, heç olmasa bu mərhələdə öz səhvlərini anlamalıdır. Bundan sonra yolunu dəyişməlidir. Yəni, bu adam artıq siyasətdən çəkilməlidir. Çünki bu qədər faş olduqdan sonra da bu adam durub Azərbaycan kimi bir ölkədə hakimiyyət davası edəcəksə, siyasi mübarizə apardığını iddia edəcəksə, bu, artıq başqa bir şeydir”.
Azər Həsrət qeyd edib ki, insanlar Əli Kərimlinin vətənpərvərlikdən danışıb öz oğlunu əsgərlikdən yayındırdığını da bilirlər:
“Korrupsiyadan danışıb özlərinin xirtəyədək korrupsiya içində olduqlarını da bilirlər. Şəffaflıqdan danışıb özlərinin şəffaflıqdan ümumiyyətlə, kilometrlərlə uzaqda durduqlarını da bilirlər. Əlbəttə, belə bir adamın gücü ona çatardı ki, trol ordusu yaratsın və diqqəti yayındırmaq üçün bu tolları cəmiyyətin canına salsın ki, başqa məsələlər haqqında söhbət getməsin. Amma bu da bir yerə qədərdir. Artıq bu gün onun həmin siyasəti faş olub. Ona görə də cəmiyyətimiz artıq bu adamın tamamilə tükəndiyinin şahididir. Belə bir adam da mənə elə gəlir ki, siyasət meydanından üzü sulu içəkilib getməlidir”.