7 Noyabr 2019 10:11
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1987-ci ildə xəbərlər gəlirdi ki, ermənilər Dağlıq Qarabağda mitinqlərə başlayıblar. Həmin ildən bu mövzu beynimizi məşğul etməyə başladı. Üstündən 32 il keçib, biz məsələni hələ də öz xeyrimizə həll edə bilməmişik”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq keçən dövr ərzində münaqişənin həllinə yaxınlaşa bilmədiyimizi bildirib:

“Biz həllə yaxınlaşmamışıq. Əlbəttə, ordumuz güclənir, hərbi potensialımız artır, kiçik uğurlarımız var. Ancaq bu azdır. 48 yaşım var və həyatımın yarısından çoxu hamınız kimi torpaqlarımızın işğalını müşahidə etməklə keçib. Heç kimi günahlandırmıram. Çünki günah payımız eynidir. Mənə elə gəlir ki, dövlət başçısı bir qrup yaradıb həmin qrupa ancaq bir mövzu tapşırmalıdır: “Qarabağı geri qaytarmaq yolunun strategiyasını hazırlayın”.

Ətrafımızda separatçılıqla bağlı 3 münaqişə ocağı var – Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada – Dnest, Ukraynada Donbas. Bu münaqişələrin yaranma səbəblərini və danışıqları da illərdir izləyirəm.

Tam əminliklə deyirəm ki, biz gürcülərdən, moldovalılardan və ukraynalılardan çox itirdiyimiz torpaqları geri qaytarmaq istəyirik. Biz bunu bacaracaq gücdəyik. Sadəcə, hədəfə çatmaq yolları barədə mərkəzləşdirilmiş strukturun formalaşmasına ehtiyac var. Bu mərkəzdə ən xırda detalların, o cümlədən ermənilərin psixologiyasının və mümkün reaksiyalarının öyrənilməsinə də ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər