26 Noyabr 2019 21:13
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edib.

Teleqraf.com xəbər verir ki, millət vəkili Adil Əliyev konfransda Qazaxıstanda prezidentlik institutunun yaradılması, ölkənin birinci prezidenti – Nursultan Nazarbayevin Qazaxıstan dövlətçiliyinin möhkəmləndirilməsində, parlamentarizm ənənələrinin yaradılmasında və inkişafında roluna həsr olunmuş müzakirələrə qatılacaq.

Deputat Naqif Həmzəyev tədbir çərçivəsində Türk dünyası gənc parlamentarilərinin “Gənclərin dəyəri və parlament həmrəyliyi” mövzusunda keçiriləcək birinci toplantısında iştirak edəcək. Tədbirin əsas məqsədlərindən biri TÜRK PA çərçivəsində gənc parlamentarilərin mütəmadi əməkdaşlıq platformasına dair fikir mübadiləsi aparmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər