28 Noyabr 2019 12:48
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hakim Yeni Azərbaycan Partiyası parlamentdəki deputatlarını geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar YAP Siyasi Şurasının iclasında verilib.

Hakim partiya deputatlarını geri çağırdıqdan sonra YAP Siyasi Şurası Prezident İlham Əliyevə parlametin buraxılması ilə bağlı müraciət də edib.

Qeyd edək ki, parlamentdəki 125 yerdən 74-ü YAP təmsilçilərinə məxsusdur. 74 deputatın geri çağırılması ilə parlamentə yetərsay problemi yaranır ki, bu da ali qanunverici orqanin fəaliyyətini davam etdirməsini mümkünsüz edir.

Onu da qeyd edək ki, parlamentin buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsi ilə tənzimlənir və parlament aşağıdakı hallarda buraxıla bilər:

Maddə 98-1. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər