7 Yanvar 2020 16:37
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülmüş Rüstəmzadə İlkin Bakir oğlunun sözügedən DSK-nın 25 dekabr tarxili qərarından verdiyi şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ baraədə MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazov məlumat verib.
O qeyd edib ki, İlkin Rüstəmzadə Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixli məhkum edilmiş bir sıra şəxslərin cəza çəkməkdən azad edilməsinə dair imzaladığı sərəncamla azadlığa buraxılıb:
“İlkin Rüstəmzadə ağır cinayətərə görə məhkum edilib. Onun üzərindən məhkumluğu götürülməyib. Buna görə də onun passiv seçki hüququ yoxdur. İlkin Rüstəmzadə isə öz mövqeyini bununla əsaslandırıb ki, onun barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. MSK hesab edir ki, DSK-nın qərarı tam hüquqi və qanunidir”.
İlkin Rüstəmzadənin səlahiyyətli nümayəndəsi Rüstəmzadə Türkan Bakir qızı çıxış edərək yanvarın 8-də İlkin Rüstəmzadə ilə məhkəmə qərarının çıxarılacağını bildirib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, gərək onlar şikayət tarixini elə seçəydilər ki, məhkəmə iclası ilə üst-üstə düşməyəydi:

“Bu gün biz qərar verməliyik”.
Müzakirələrdən sonra şikayət əsassız olduğundan təmin edilməyib və 25 saylı Nizami ikinci dairə seçki komissiyasının qərarı dəyişdirilmədən saxlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər