2012-ci ildən sonra ilk dəfə cümə namazı qıldıran İranın Ali dini lideri Ayətullah Əli Xamaneyi ABŞ-a yönəlik hücumların Allahın əli ilə olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Musalla məscidində “Amerikaya ölüm” şüarlarından sonra çıxış edən Xamaneyi Trampı klouna bənzədib.
“O, İran xalqını dəstəklədiyini göstərməyə çalışır, lakin zəhərli xəncərlə kürəyindən bıçaqlayır”, - deyə Xameneyi söyləyib.
İraqdakı ABŞ hərbi bazalarına raketlərlə edilən hücuma işarə verən dini lider bildirib ki, İranın dünya gücünə bu cür sillə vurması Allahın əlini göstərir.