27 Yanvar 2020 17:21
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçicilərin ələ alınmasına cəhd edən namizədlərin qeydiyyatı səsverməyə gün bir qalmış olsa belə, ləğv edilə bilər. Seçicilərin əla alınması birbaşa meydan oxumaqdır.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.

O deyib:

“Görürsünüz ki, biz bütün şəraiti yaratmışıq. Müşahidə edirik ki, primitiv mübarizə aparılmır. Biri fərasətlidir, biri az fərasətlidir, biri bir az neqativ mənada fərasətlidir, amma reallıqda insanlar kimin kim olduğunu görürlər. Seçicilərin ələ alınmasına cəhd digər məsələlərlə müqayisə olunmayan pozuntudur. MSK buna çox pis yanaşır və bununla bağlı çox ciddi ölçü götürəcək”.

MSK sədri bununla bağlı cari durumun nədən ibarət olduğunu müavini Rövzət Qasımovdan xəbər alıb.

R.Qasımov deyib:

“Hələlik şikayətlər daxil olmur. Bəzi namizədlər həqiqətən düşünürlər ki, onlara səs verəcək insanlar hamısı sosial şəbəkə, yaxud internet istifadəçisidir. Ancaq real dairələrdə baş verənlər sosial şəbəkələrdən fərqlidir. Son günlərdə biz də sosial şəbəkələrdə baş verənləri müşahidə edirik. Hansısa dairədə hansısa namizəd gedib görüş təşkil edir. O dəqiqə bunu dövlət resurslarından istifadə kimi təqdim edirlər”.

MSK sədri isə bildirib ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir, yerlərdə də onun üzvləri icra başçısı, başçının müavinləridir: "Onlar partiya təəssübkeşi kimi bu görüşlərə qatılırlar”.

MSK sədrinin müavini R.Qasımov deyib ki, bununla bağlı müraciətlər zamanı araşdırma aparıldığını, nəticədə həmin şəxslərin inzibati vəzifələrdə fəaliyyətlərini dayandırdıqlarını, səlahiyyətlərinə xitam verdikləri məlum olub:

“Bu məzmunda müraciətlərə cavab olaraq bildiririk ki, onlar səlahiyyətlərinə xiam veriblər. Şikayət edənlər deyirlər ki, biz bunu bilirik. Amma onların rayonlarda nüfuzu çox olduğu üçün istəmirik ki, namizədin görüşlərində iştirak etsinlər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər