7 Fevral 2020 17:43
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsinin tələbləri şikayət edənlərə izah edilməlidir. Dərhal məcəlləni açın və orada yazılanları şikayətçinin diqqətinə çatdırın.

Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.

MSK üzvlərinə xitab edən M.Pənahov qeyd edib ki, MSK-nın “qaynar xətti”nə operativ cavab verməyəndən sonra onun “qaynar xətt” adlandırılmasına ehtiyac qalmır:

“Bəlkə də kimsə sizi sınayır? Çox yaxşı olar ki, məcəllə ilə tənzimlənən suala elə məcəlləyə əsaslanıb da cavab verilsin. Seçkiyə iki gün qalıb. Bundan sonra da elə etmək lazımdır ki, hansısa məsələnin bir faiz də müsbət həlli imkanları varsa, o həll edilsin”.


Müəllif: Səxavət

Oxşar xəbərlər