10 Fevral 2020 14:34
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostlarla məsləhətləşdim. Özümü müşahidəçilərə borclu sayıram, onların zəhmətini yerə vurmaq istəmirəm. Seçicilərin səsi məsələsi də var, çox vəzifələrdən imtina etmişəm, amma bu dəfə məni danışdıran protokollardır. Mandatdan imtina etməyəcəyəm. Bu dairəni halal udmuşuq, seçiciləri və müşahidəçilərə təşəkkür edirəm. ReAL rəhbərliyinə də təşəkkür edirəm ki, durumu anlayışla qarşıladılar.

Teleqraf.com xəbər verir ki, bu sözləri 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli keçirdiyi mətbuat konfransında deyib.

Erkin Qədirli ona qarşı inzibati resurslardan istifadə olunmadığını açıqlayıb: “Özümün də səs verdiyim 19 saylı məntəqə ərazisində Prezident Administrasiyasının rəhbəri və Yasamal icra başçısı yaşayır və səs verir”.

O, yalnız 4 məntəqədə uduzduğunu açıqlayıb.

Erkin Qədirli “karusel” olduğuna dair iddiaları rədd edib: “Mən müşahidəçilərimə inanıram. Halal səsimizi yığmışıq. Bülletenlərin doldurulması faktı olmayıb”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər