MSK-nın iclasında daha sonra 29 saylı Səbail seçki dairəsi üzrə namizəd olmuş Bəxtiyar Hacıyevin MSK-ya ünvanladığı şikayətə baxılıb.
Teleqraf.com-un məlumatına görə, məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov deyib ki, B.Hacıyev şikayətində seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.
R.İbrahimov qeyd edib ki, B.Hacıyev, həmçinin, araşdırmada iştirak etmək istəyib və onun bu istəyi təmin edilib:
“Bəxtiyar Hacıyev iclasda müzakirəyə çıxarılacaq rəylə tanış olmaq istəyib. Ancaq qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. Hacıyev 22 seçki məntəqəsində nəticələrin ləğv edilməsini istəyib. O, bir ədəd elektron məlumat daşıyıcısı təqdim edib. Bu görüntülər elə də keyfiyyətli olmasa da biz onu icraata daxil etmişik”.
MSK üzvü qeyd edi ki, araşdırma nəticəsində 29 saylı Səbail seçki dairəsi üzrə pozuntular səsvermənin nəticələrinin 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas verdiyini vurğulayıb.
Qeyd edək ki, iclasda Bəxtiyar Hacıyev də iştirak edib. O, şikayəti ilə bağlı fikirlərini əsaslandırmağa çalışıb.
Müzakirədən sonra 29 saylı Səbail seçki dairəsi üzrə 6 məntəqədə seçkinin nəticələri ləğv edilib.