Seçki bülletenləri ilə bağlı hansısa xoşagəlməz vəziyyət olanda ondan sui-istifadə etmək halları olur. Ona görə də biz məntəqə seçki komissiyalarını xəbərdar etmişik ki, bülletenlərlə son dərəcə ehtiyatlı davransınlar.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, əsas pozuntulara seçki bülletenlərinin sayılması zamanı yol verildiyi iddia olunur.