25 Fevral 2020 22:05
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclası fasilədən sonra öz işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, gündəlikdə duran növbəti məsələ Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsidir.

Çıxış edən MSK sədri deyib ki, bu seçkilər Azərbaycan tarixində əhəmiyyətli bir hadisəyə çevrildi:

“Məmnuniyyətlə vurğulaya bilərəm ki, seçkilər bu dönəmdə ən yaddaqalan bir hadisəyə çevrildi. Kifayət qədər böyük sayda insanın iştirak etdiyi prosesin iştirakçılarının əksəriyyəti gənclər idi. Bütün namizədlərə şərait yaradıldı. Həm namizədlərin sayına görə, həm də seçkiqabağı təşviqatın aparılması baxımından nümunəsi bir prosesin şahidi olduq. Bütün şəxslərə qeydə alınmağa şərait yaradıldı. Bütün Azərbaycan ərazisi seçkiqabağı təşviqatın aparılması üçün meydana çevrildi. Sosial şəbəkə fenomeni ilk gündən sçkilərin ayrılmaz artibutuna çevrildi. 96 faiz məntəqələrdə səsvermənin keçirilməsinə kölgə salacaq hadisə baş verməyib. Bu məqam seçkilərin ən ali mərtəbəsidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər