10 Mart 2020 18:19
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 8-də keçirilən yürüşdə iştirak edən Aysel Ələkbərzadənin sonradan intihara cəhd etməsinə çox təəssüf edirəm. Gənc xanımdır, onun tənqid olunan plakatla yürüşə çıxmasını anlaya bilmədim. Feysbukda statusunda yanlış istiqamətə yönləndirildiyini yazmışdı. Gənc xanımlarla mütəmadi maarifləndirmə işləri aparmaq, qadın hüquqları və feminizmlə bağlı məlumatlandırmaq lazımdır ki, onları yanlış istiqamətə yönəldə və müxtəlif cərəyanların təsiri altına sala bilməsinlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib.

Onun sözlərinə görə, bu cür yürüşlərin arxasında donor təşkilatların, siyasi qüvvələrin dayanması faktları həmişə olub və olacaq:

“Bunun qarşısını almaq üçün gənc xanımlarımız mütləq ailə və ətrafdakıların diqqətində olmalıdır. Nəzarəti sevirəm, gənclər seçimi özü eləməlidir, milli mentalitet, ənənələr nəzərə alınmalıdır”.

Ayrı-ayrı ölkələrdə feministlərin yürüş etdiyini deyən Səadət Bənanyarlı qeyd edib ki, onlar Türkiyədə, İranda qızların savad almasını, bərabərhüquqlu olmasını, liderlik məsələsini tələb edirlər:

“Feminist kimi bu tələbləri anlayıram. Bizim gənclər alovludurlar, beyində gedən təsirlərin qarşısı almaq üçün təhsil ocaqları və ailədə həmişə onları diqqətdə saxlamaq lazımdır. Fikirlərində yanlışlıq ola bilər, müxtəlif qüvvə və cərəyan barədə eşidirlərsə, onlar izah olunmalı, təfsilatlı məlumat verilməlidir”.

Hüquq müdafiəçisi feministlərin cəmiyyətdə birmənalı qarşılanmamasını son yürüş də daxil olmaqla, bu cür addımlarla izah edir:

“Özlüyündə feminizm normal hərəkatdır, burada söhbət qadınların hüquqlarının qorunmasından gedir. Qanunvericilikdə də feminizm öz əksini tapıb, sadəcə olaraq ailədə və cəmiyyətdə təminat mövzusu vacibdir. Buna diqqət yetirmək lazımdır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər