13 Mart 2020 12:59
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli sədr, sizə, yeni seçilən müavinlərə uğurlar arzu edirəm, yeni seçilən deputatları təbrik edirəm, onlar bu gün mandat aldılar. Onların qəbul etdiyi hər bir qanun xalqın rifahına xidmət edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Deputat əlavə edib ki, son günlər ölkədə süni ajiotaj yaratmaq cəhdləri özünü biruzə verir:

“İstər dollar, istər neftini qiymətinin düşməsindən ajiotaj yaratmağa çalışan qüvvələr var. Dövlət lazımı addımlar atır, tədbirlər görür. Bəzi mətbuat orqanları bu məsələni bilərəkdən qızışdırır. Əsasən də xaricdə oturanlar, internet televiziyaları. Mən bir internet kanalından baxırdım, adını çəkmək istəmirəm. Biri Azərbaycandan qoşulmuşdu, dərnək rəhbəri idi, digəri Osmanqızı. Az qalırdılar durub oynasınlar ki, neftin qiyməti düşüb, vəziyyət dəyişəcək və bunlar hakimiyyət gələcək. Neft düşürsə, bundan hər kəs əziyyət çəkəcək. Neft pulu ilə məktəb, baxça tikilir, şəhid ailələrinə, əlillərə minlərlə mənzillər tikilir. Bəyəm bunlar deputatlar üçündür? Bu xalq, insanlar üçündür. Demək bunlar insanların belə yaşamasının əleyhinə olan adamlardır. Hesab edirəm ki, bizim mütəxəssislərimiz mətbuat və televiziya kanallarına çıxaraq, xalq bildirməlidir ki, heç bir narahatlıq yoxdur. Zəlzələ olur, dövlət ev tikir, yanğın olur, ev tikilir. Bunu cənab prezident, I vitse-prezident edir”.

Komitə sədri xatırladıb ki, zəlzələdən sonra dövlət tərəfindən Ağsu rayonunda 1500, Şamaxıda isə 2000-ə yaxın ev tikilib: “Sel daşqınları zamanı Sabirabad və Saatlıda 5 mindən çox ev tikilib verilib. Burada da hansı problem olacaqsa, dövlət, dövlətin başçısı onu həll edəcək. Bunu cəmiyyətə demək lazımdır ki, insanlar ajiotaja uymasınlar. Bu məsələdə əhalimiz narahat olmasın. Dövlət, dövlətin başçısı əhalinin yanındadır və nə problem olacaqsa, həll edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər