31 Mart 2020 11:32
3 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma prezident və parlament seçkiləri ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, İran XİN-in sözüçü Seyid Abbas Musəvi İran İslam Respublikasının gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinə olduğunu bəyan edib.

"Biz düşünürük ki, iki qonşu ölkə olan - Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir", - deyə Musəvi qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər