30 Sentyabr 2014 12:13
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk iclası başlayıb.

Teleqraf.com-un məlumatına görə, iclas Azərbaycanın dövlət himinin səslənməsi ilə başlayıb.

İclasda parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq. Deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə toplantısının Bəyannaməsinin, Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, həmçinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin, “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”, “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlərin, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun, “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar.

“Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Milli Məclis İnzibati Xətalar, Gömrük, Vergi, Əmək, Şəhərsalma və Tikinti məcəllələrində, “Poçt” haqqında, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi” haqqında, “Fitosanitar nəzarəti haqqında”, “Baytarlıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Valyuta tənzimi haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Siyasi partiyalar haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxacaq.


Müəllif:

Oxşar xəbərlər