4 May 2020 16:26
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb".

Teleqraf.com xəbər verir ki, bu barədə fikirlərini Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə səsləndirib.

“Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir”, - dövlət başçısı deyib.

Azərbaycan Prezidenti Zirvə görüşündəki giriş nitqində COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini qeyd edərək deyib ki, heç bir ölkə bundan sığortalanmayıb: "COVID-19-a yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə qalib gələ bilərik".

Prezident İlham Əliyev BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər