5 May 2020 12:18
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən - Razi Nurullayev müstəqil deputat kimi təmsil olunuram. Amma, partiya sədriyəm, 2015-ci ildə AXCP-nin etimad qurultayında sədr seçilmişəm. Beş ildir ki, partiya sədriyəm, müavinlərimdən bir neçəsi demək olar ki, hər gün mətbuatda çıxış edir, sosial şəbəkələrdə söz sahibidirlər.

Partiyanın dəyərli simaları, qocaman siyasətçiləri var, o strukturlaşıb. Beş ildə nəinki ayaq üstündə dayanmağı bacarıb, həm də 2018-ci il Prezident seçkilərində namizədi ilə çıxış edib, indi isə Parlamentdə təmsil olunur. Açığı AXCP adına iddia edən Əli Kərimli danışıqlara dəvət olunanda sevindim ki, AXCP məsələsinə də son qoyular, o da müdrik siyasətçi olmaq yolunu seçər. O isə özünü yüksək tutdu, danışıqlardan imtina etdi və artıq bir siyasətçi kimi də önəmini itirib. Belə çıxır ki, o siyasətlə məşğul olmaq istəmir. Çünki, siyasət danışıqlar, güzəşt, bəzən bir neçə addım geri çəkilmə, bəzən bir neçə aylıq gözlərdən uzaq olmaq tələb edir. Siyasətin heç bir ənənəvi qaydası onun üçün əhəmiyyət kəsb etmir, kor tutduğunu buraxmayan kimi, bu da mənasız iddialarından əl çəkmir və yanındakıları da sonu görünməyən uçuruma sürükləyir. "Prezident İlham Əliyevlə danışıqlar aparmalıyam" deyir.

Teleqraf.com xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, bu, absurd iddiadır:

“Prezident səninlə görüşsə, onda gərək bütün partiya sədrləri ilə görüşə. Sənin digər partiya sədrlərindən özəlliyin nədir axı? Prezident hər həftə yeni təşəbbüslər göstərir və dünya dövlət başçılarını bir araya gətirib vacib məsələləri müzakirə edir. Prezidentin səninlə görüşmək stimulu nə olmalıdır? Mən AXCP-nin qeydiyyata alınmasını tələb edirəm. Bu məsələyə son qoyulsun. Artıq parlamentdə rəsmi olaraq partiya sədri kimi təmsil olunmaq istəyirəm. Bu, mənim və partiyada olan üzvlərin haqqıdır. Onun üçün də bu məsələyə tezliklə nöqtə qoyulmasının haqqım olduğunu bildirirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər