15:06
Əməkdar jurnalist, politoloq Aynur Camalqızı Yeni TV Yutub kanalında müzakirə zamanı ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalaması və ümumilikdə Azərbaycanda sosial şəbəkələrdən sui-istifadə halları ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, politoloq ölkəmizdə də bununla bağlı islahatların keçirilməsinin zəruri olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, onlayn media tez-tez sosial şəbəkələrə istinadən xəbərlər yayımlayır və bu da müxtəlif problemlərə yol açır. Aynur Camalqızı bu problemlərdən çıxış yolu kimi Avropa təcrübəsindən yararlanmağı, eləcə də KİV-lə bağlı qanunda dəyişiklik etməyi tövsiyə edib.
Daha ətraflı videodan izləyə bilərsiniz: