Azərbaycan cəmiyyəti yüksək mədəniyyətli cəmiyyətdir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu gün əldə etdiyimiz yüksək nəticələr vətəndaşlarla dövlət arasında olan etimadın göstəricisidir. Çox təssüf doğuran haldır ki, kimsə karantin rejimindən yan keçməyi qəhrəmanlıq hesab edir. Hər bir yoluxan insan öz yaxınları ilə təmasdadır. Yoluxma ilk növbədə ailəni yoluxdurmaq deməkdir. Bu kimi addımlarla sadəcə özümüzü aldadırıq. Hazırda ictimai qınağın artırılmasına diqqət yetirməliyik. Biz birlikdə güclüyük. Bu hala inanmayan, məsuliyyətsiz davranış göstərən vətəndaşlara bunu izah etməliyik".
O bildirib ki, yenidən tətbiq olunacaq karantin rejiminin məqsədi yoluxma hallarının sayısı azaltmaqdır.