Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını bildirib.
"Daxil olan məlumata görə, hərbi əməliyyatlar davam edir. Artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.
Bölgənin təhlükəsizliyini təhdid edən növbəti eskalasiyanın yolverilməz olduğunu düşünürük. Döyüşən tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin stabilləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır",-deyə bəyanatda qeyd olunub.