Ukraynanın İrəvandakı səfiri İvan Kuleba iyulun 14-də Ermənistan Xarici İşlər Nazirliyinə dəvət olunub. O, burada xarici işlər nazirinin müavini Şavarş Köçəryan tərəfindən qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan öz Feysbuk səhifəsində yazıb.
“Şavarş Köçəryan səfirə Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya qiymətləndirməsini təqdim edib”, – deyə Nağdalyan qeyd edib.
Görüş zamanı xarici işlər nazirinin müavini, həmçinin, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində atəşkəs rejiminin pozulması, yaranmış vəziyyət barədə səfiri məlumatlandırıb.