19 İyul 2020 11:26
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Qoşulmama Hərəkatının 120 üzv dövlətinə Ermənistan Silahlı Qüvvələrinin bu yaxınlarda iki dövlətin beynəlxalq sərhədində hərbi təxribatı ilə bağlı sərt mövqeyini ifadə etməsinə və münaqişənin nizama salınması üzrə öz prinsipial mövqeyini təsdiq etmələrinə görə minnətdarıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhin Bayramov bildirib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib. Kommünikedə Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb.

QH üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Qurumun 120 üzv dövləti Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhəddində son hərbi təxribatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.


Müəllif: Teleqraf.com