23 İyul 2020 13:51
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin məhkəməsi keçiriləcək.

Leyla Abdullayeva vurğulayıb ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb.

XİN sözçüsü qeyd edib ki, polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub.


Müəllif: Teleqraf.com