3 Avqust 2020 16:54
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik edib və ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.


Müəllif: Cavad