6 Avqust 2020 11:27
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial gərginliyin qarşısını almaqdan ötəri kiçik ticarət obyektlərinin hamısını açmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazi Mustafa “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Fazil Mustafa Operativ Qərargaha və hökumət üzvlərinə təklif verib: “Bu gün supermarketlərin fəaliyyətinə icazə var. Burada isə paltar, ayaqqabı satılan yerlərdən daha çox adam olur. Ona görə də supermarketlər koronavirusa yoluxmaq üçün daha münbit şərait yaradır, nəinki xırda, 1 saata 2-3 nəfərin gəldiyi paltar, ayaqqabı dükanları.

Operativ Qərargaha və hökumətə təklif edirəm ki, bütün xırda ticarət obyektləri açılsın. Biz qarşıdakı sosial gərginliyi bu yolla azaltmağa çalışmalıyıq. Sahibkarlara işçilərin maaşları üçün pul ayırmaqdansa, onların biznesinin inkişafına dəstək vermək lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər