Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Siyavuş Novruzovun partiyanın İcra katibinin müavini postundan istefasını qəbul edib.
Bu barədə Teleqraf.com-a partiyanın Mətbuat xidmətindən bildirlib.
Qeyd edək ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov dünən partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş etmişdi.