Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün kifayət qədər ciddi baza hazırlanıb.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, vaxtilə müharibəni dayandırmaq məqsədi daşıyan və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən qərarlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini və sonrakı mərhələlərdə sülh yolu ilə tənzimlənmə məqsədilə hazırlanmış parametrləri rəhbər tutmaq lazımdır:
“Bu parametrlər ATƏT çərçivəsində hazırlanıb. ATƏT Minsk qrupunun həmsədrliyi xətti ilə münaqişə tərəfləri ilə birgə müxtəlif yanaşma dərəcələri, amma eyni məqsədi daşıyan sənədlər toplusu hazırlanıb. Kifayət qədər ciddi baza hazırlanıb. Bu bazanı itirmək təəssüf doğurardı. Əlbəttə ki, daha intensiv danışıqlar da məqsədəuyğun olar”.