5 Sentyabr 2020 12:51
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. Çünki dövlətimizin güclü potensiala əsaslanan inkişaf modeli mövcuddur. Müasir dövrün çağırışlarına uyğun Azərbaycanın daxili, xarici siyasətdə strateji uğurları təmin edilib. Bunun təməlində isə Prezident İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti dayanır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlətdir.

Millət vəkili qeyd edib ki, ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi təmin edilib: “Son zamanlar baş verən hadisələr Azərbaycanın xarici siyasətində yeni mərhələnin davamı kjimi qiymətləndirilir. Ölkə Prezidenti tərəfindən çoxtərəfli görüşlərdə, beynəlxalq konfranslardakı debatlarda ölkəmizin milli maraqları açıq ifadə edilir. Bu baxımdan Prezident İlham Əliyevin Yunanıstan səfiri vasitəsi ilə ünvanlamış olduğu fikirlər xarici siyasət xəttinin milli maraqlar üzərində qurlmasının açıq ifadəsi idi”.

Millət vəkili vurğulayıb ki, qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən amillərdən biri də ölkəmizin mütəffiqlərinə olan diqqətinin həssaslığıdır: "Cənab Prezident də açıq-aydın diqqətə çatdırdı ki, milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqedən bir addım da geri çəkilməyəcək. Məhz bu görüşdə heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik mesajı da tərəfdaşlıq prinsiplərinə sadiqliyin nümunəsi idi”.

Pərvin Kərimzadə onu da əlavə edib ki, Prezident İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlığın əlaqələrin sonrakı inkişafına mənfi təsir edən amil olduğunu vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər