Bu gün, sentyabrın 14-də Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti məsləhətləşmələr keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda qeyd olunub.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər.
Həmsədrlər həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıblar. Yaxın həftələrdə həmsədrlərin iştirakı ilə nazirlər arasında görüşün keçirilməsi təklif olunub.