27 Sentyabr 2020 17:55
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini açıqlayıb.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.


Müəllif: Teleqraf.com