2 Oktyabr 2020 09:05
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz müharibəni uzun müddətdir gözləyirdik. Mən hələ iyul ayında saytınıza açıqlamamda qeyd etmişdim ki, Azərbaycan ordusu işğal edilən ərazilərə daxil olacaq. İndi bu baş verdi. Əslində Ermənistan Azərbaycana qarşı təxribatlara getməklə özünü bəlaya saldı. Onlar bu təxribata getməsəydi, bu müharibədə olmayacaqdı. Ancaq getdilər və nəticə olaraq şanlı Azərbaycan ordusu onları daban-dabana izləyir və ərazilərimizdən qovur. Beləcə ədalət qələbə çalmaq üzrədir.

Bu fikirləri Teleqraf.com-a hüquq elmləri professoru Rüstəm Məmmədov sentyabrın 27-də cəbhədə Azərbaycana qarşı baş verən erməni təxribatı və bunun qarşısını almaq üçün Azərbaycan ordusunun əks-hücumu haqqında danışarkən deyib.

Professor bəyan edib ki, beynəlxalq reaksiyalara fikir verməyə dəyməz:

“Axı onlar nə zaman Azərbaycanın xeyrinə danışıblar? Heç vaxt. Əlbəttə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikstan kimi ölkələrin susması məndə dərin təəssüf hissi yaradıb. Halbuki mən onlardan ciddi reaksiya gözləyirdim. Mənim gürcü dostum Almaniyada yaşayır. Təsəvvür edin ki, mənə zəng edib Qarabağ haqqında soruşdu, maraqlandı. Çox sağ olsun ki, zəng edib maraqlandı. Halbuki biz belə reaksiyanı daha çox Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan gözləyirdik. Amma heç biri Bakıya zəng etmir. Bakı ciddi davranış sərgiləyərək başını aşağı salaraq işini görür. Azərbaycan qalib gələndən sonra bir sıra ölkələr Bakıya zəng edib bizi təbrik etməyə başlayacaq. Sözsüz ki, hamı güclü tərəfi tutur. Biz qalib gələn kimi hər yerdən təbrik gələcək. İndi Azərbaycan belə reaksiyaları vecinə almamalıdır. Bizim torpaqlarımızı işğal edəndə heç onların vecinə deyildi, bəyanat verib təcavüzü pisləmirdilər. İndi nə oldu, hər yerindən duran çağırış edir... Biz qalib gələndən sonra yaltaqlanmağa başlayacaqlar. Tanrı Azərbaycan Ordusuna qələbə nəsib etsin”.


Müəllif: Cavad

Oxşar xəbərlər