7 Oktyabr 2020 22:43
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazi bütövlüyünü BMT-nin nizamnaməsi çərçivəsində bərpa edir. 1993-cü ildə BMT Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan qətnamə qəbul edib. Həmin Qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması tələb olunur. Eyni zamanda BMT-nin bu qərarı bütün dünyaya Azərbaycanın ərazi bütövlüyünün işğala məruz qaldığını da sübüt etmiş oldu. Bu qətnamələrin vermiş olduğu hüquqi əsas beynəlxalq ictimaiyyətin dövlətimizin ərazi bütövlüyünün pozulması faktını qəbul etməsi baxımından da mümüh idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq hüquqa və sivil dəyərlərə sadiq olub.

Deputat qeyd edib ki, Ermənistanla uzun müddət danışıqlarda iştirak dövlətimizin sülh prosesinə sadiqliyinin açıq nümunəsidir: “BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı qərarı birbaşa işğalçıya aiddir. İşğalçı Ermənistan baş nazirinin BMT qətnamələrində Ermənistandan heç nə tələb edilmir kimi sərsəm yanaşması beynəlxalq hüquqa olan yanaşmanın da açıq nümunəsidir. Çünki həmin qətnamələrdə birbaşa olaraq işğalçı ölkədən yəni Ermənistandan tələb edilir ki, silahlı birləşmələrini Azərbaycan ərazilərdən çıxartsın. İndiki halda N.Paşinyanın belə bir sərsəm bəyanat verməsi onun siyasətdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda cəbhədə tam məğlub duruma düşən ölkənin baş nazirinin vermiş olduğu son bəyanatlar onun düşmüş olduğu psixoloji durumu ilə də izah olunur”.

Aydın hüseynov bildirib ki, bu gün Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edir: “İşğalçı ordu bu gün məğlub durumdadır. Belə bir məqamda isə N.Paşinyanın BMT kimi nüfuzlu bir təşkilatın qətnamələrini rədd etməsi onun düşdüyü durumdan xəbər verir. Ötən günü Paşinyan BBC-yə müsahibəsində də Azərbaycanın Dağlıq Qarabağı azad edəcəyi təqdirdə yeni erməni soyqırımının baş verəcəyi ilə bağlı sərsəm fikir bildirib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər