Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.
Teleqraf.com RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.
"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib
Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".