13 Noyabr 2020 12:33
3 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:05

Əvvəla hamı üçün aydın olmalıdır ki, Azərbaycan böyük qələbə qazanıb. Ancaq qazanılan qələbəni diplomatik şəkildə möhkəmlətmək lazım idi. Hər bir halda nöqtə qoyulmalı idi. Əgər kimlərsə düşünürdüsə, Azərbaycana Qarabağda erməniləri tam olaraq silib atmağa və bununla da qələbəni bitirdiyimizi elan etməyə imkan veriləcəkdi, bu, sadəlöhv yanaşma olardı. Dünya var, erməniləri himayə edən dövlətlər var. Görmürsünüzmü Fransa tərəfi cəhd edirdi ki, bizə qarşı koalisiya təşkil etsin. Bizim ermənilərin ağlını başına yığması üçün gücümüz çatdı, ancaq sabah Rusiya, ABŞ, Fransa, Avropa Birliyi sərt tələb qoysaydı, biz nə edəcəkdik? Qələbəmizi mütləq diplomatik şəkildə başa çatdırmalı idik.

Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Musabəyov müharibənin dayandırılması və tərəflərin razılaşma əldə etməsi haqqında addımı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi məsələnin Türkiyə-Rusiya formatına keçməsində maraqlı idi: "Nəzərə alınsa ki, Minsk Qrupu nəinki problemlə məşğul olurdu, əksinə işğal faktını dondurub saxlamaqla məşğul idi, onları bu işi həll etməyə buraxmaq olardımı? Yox! Biz maraqlı idik ki, bu məsələ Türkiyə-Rusiya formatına keçsin. Bu da baş verdi. Baxmayaraq ki, elan olunan bəyannamədə Türkiyə birbaşa iştirak etmir, amma bütün bu proses ermənilərin başı üzərindən Azərbaycanın iştirakı ilə Türkiyə-Rusiya razılaşması əsasında baş verib".

Rasim Musabəyov vurğulayıb ki, razılaşmanın davamı olaraq erməniləri oradan biz çıxarmasaq Rusiya sülhməramlıları gəlib çıxarır: “Təbii ki, bu, kompromisin bir növüdür. Kimlərsə anlamırlarsa indi anlamalıdır ki, biz bütün bu müddətdə Qarabağda ancaq ermənilərlə vuruşmurduq, ermənilərin arxasında duran qüvvələrlə də mübarizə aparırdıq. Bu boyda silahı ermənilərə pulsuz vermişdi? Kim onlara maliyyə dəstəyi verirdi? Biz Ermənistanı kapitulyasiyaya məcbur edə bilərdik və etdik. Amma biz ermənilərin arxasında duran ölkələri kapitulyasiyaya məcbur edə bilmərik axı.

Onlarla bir kompromist əldə edilməli idi və bu da əldə olunan sənəddə öz əksini tapdı. Bu kompromisin tərkib hissəsi budur ki, erməni qüvvələrinin oradan çıxarılması müqabilində ora rus sülhməramlıları gəlir. Eyni zamanda balans yaratmaq lazım idi və biz bunu da yaratdıq. Sülhməramlıların məhdud sayda, ağır texnika olmadan hadisə yerində xidmət aparacaq. Ola bilsin kimlərsə deyir ki, biz qələbə qazanmışıq, baza yaratmışıq. Bu, cəfəngiyyatdır. Əvvəla bazanın ağır silahları, atilleriyası, raket sistemi olmalıdır. Onların heç biri Qarabağda yoxdur. Həm də sülhməramlıların say və vaxt məhdudiyyəti var. Eyni zamanda onların ermənilərə himayəlik etməməsi üçün Türkiyənin iştirakı və nəzarəti var”.

Deputat Fransa Xarici İşlər naziri Jan İv Lö Drianin bura Minsk Qrupunun müdaxilə etməli olduğu barədə fikirlərinı də diqqət çəkib: “Artıq məsələ bitdi. Fransanı daha bu məsələlərə yaxın buraxan yoxdur. Amerikadan da belə istək olduğu halda çatdıracağıq ki, biz məsələləri həll etmişik. Nəzərə alsaq ki, burada Türkiyə və Rusiya çıxış edir, bu zaman heç kəsin proseslərə müdaxilə etməsi və Azərbaycanın qazandığı qələbəni də bizim əlimizdən almaq mümkün deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər