18 Noyabr 2020 22:47
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən yayılıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər