Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnuxu kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu haqda Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında məlumat verib.
Kəndin Azərbaycana aid hissəsinə girişində nəzarət məntəqəsi qurulub.
Kənd nümayəndəsi Akop Arşakyan kəndlilərin son əşyalarını yığışdırdıqlarını deyib.
Erməni sərhədçiləri bir neçə rus sülhməramlısı ilə birgə kəndlilərə təhvil verilən əraziyə keçməməyi tapşırıblar.
12 evin yerləşdiyi ərazi Qubadlı rayonunun ərazisində yerləşir.