25 Yanvar 2021 22:26
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Ermənistan arasında müharibə zamanı çoxlu hərbi və sivil itkilər oldu. Müharibənin bitməsi ilə biz çox rahatladıq. Biz bilirik ki, indi hazırda bundan sonra başqa prosedurlar var".

Teleqraf.com xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın qış sessiyası zamanı çıxışında deyib.

Mariya Peyçinoviç-Buriç bildirib ki, o, konfliktin başlamasından etibarən hər iki tərəf ilə dialoq qurub.

"Biz görülə biləcək mümkün tədbirləri təqdim edib, sonra hər iki ölkəyə yenidən gedib Avropa Şurasının mandatı çərçivəsində tərəflərə necə kömək olunması barəsində müzakirələr aparmalıyıq. Növbəti həftələrdə bizi doğru istiqamətə yönəltməsi üçün bu barədə yol xəritəsi təqdim edəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər