ABŞ-da hakimiyyətə gələn Bayden administrasiyası hələlik Türkiyəyə qarşı tozanaq qoparmaqla seçilir. Faktiki bu administrasiyası hamıya, o cümlədən qardaş Türkiyəyə də hədə-qorxu gəlir. Amma belə təzyiqlər Türkiyəyə keçməz. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti çox təcrübəli siyasi xadimdir, Baydenə qədər bir neçə ABŞ prezidenti ilə siyasi əlaqələr qurub və ölkə maraqlarını qorumağı bacarıb. Digər tərəfdən, Co Bayden administrasiyası Türkiyəyə qarşı nə edə, hansı addımlar ata bilər?
Amerika-Türkiyə münasibətlərində müşahidə olunan gərginləşməsi və əlaqələrin gələcək perspektivlərini Teleqraf.com-a şərh edən Qabil Hüseynli hesab edir ki, Vaşinqton Türkiyədən güzəştlər qoparmağa çalışsa da, bunların heç biri alınmayacaq.
Onun fikrincə, mümkündür ki, S-400 kompleksləri ətrafında tərəflər arasında kompramist əldə olunsun:
“Bu da ehtimal kimi səsləndirilə bilər. Aydındır ki, Ankara da Vaşinqtondan kəskin şəkildə tələb edir ki, Suriya ərazisində PYD/YPG və PKK terrorçularına da dəstəyi kəssin. Əks təqdirdə Ankara adekvat addımlar ata bilər”.
Bununla belə Qabil Hüseynli xatırladır ki, ABŞ PYD/YPG silahlı dəstələrinə dəstəyini hələ kəsməyib:
“Son məlumatlara görə, ötən gün də onlara hansısa dəstək məqsədilə hərbi yardımlar edilib. Görünür, bunu birdəfəlik həll etmək lazım gələcək. Bəli, ABŞ bu yaraqlılara dövlət qurmaq haqda vədlər verib. Amma bu vədlərin heç birini həyata keçirə bilməyib”.