16 Mart 2021 18:26
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də Yeni Azərbaucan Partiyasının VII qurultayı keçirildi. Cənab Prezident İlham Əliyevin proqram xarakterli nitqi Azərbaycanın gələcək inkişafına hədəflənmiş, hər bir partiya üzvünün qarşısında böyük vəzifələr qoymuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başladığı Azərbaycanın inkişaf yolunu, onun layiqli davamçısı olan ölkə başçısı tərəfindən uğurla davam etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Dövlətimiz düzgün müəyyənləşdirilən hədəflərə ardıcıllıqla nail oldu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayının hansı zərurətdən keçirildiyini açıqlayarkən bildirdi ki:“Müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”. Qurultayda yeni dövrün prioritetləri açıqlandı. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr dayanır. Vətən müharibəsində 50 siyasi partiyanın ölkə başçısını dəstəkləməsi, onun ətrafında sıx birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin, həmrəyliyinin mövcudluğunun göstəricisi idi. Partiyanın VII qurultayında 6 siyasi partiyanın öz müraciəti əsasında Yeni Azərbaycan Partiyasına qoşulması da bu prosesin uğurla davam etdiyini ortaya qoydu. Bunu da dövlət başçısı tərəfindən həyata keçirilən düzgün siyasi islahatların və eyni zamanda hakim partiyaya qarşı olan inam və etimadın göstəricisi kimi dəyərləndirmək olar. Bütün bu proseslər deməyə əsas verir ki, partiyanın həyatında yeni dövr başlayır. Bu gün partiya üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. YAP-nın VII qurultayı partiyanın gənc üzvləri üçün də yeni imkanlar açmaq baxımından diqqət çəkən və əhəmiyyətlidir. Yeni hədəflərin reallaşdırılması gənc siyasətçilərin partiya idarəçiliyinə cəlb olunmasının zəruriliyini tələb edirdi. Partiyada həyata keçirilən struktur və kadr dəyişiklikləri zamanın tələbidir. Bu baxımdan, hər zaman yeniləşməyə, yeni islahatlara addım atan Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlar qoyulan hədəflərə tez çatmağa və reallaşmağa böyük töhfə verəcək.

YAP böyük ənənələrə malik nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiya gələn il 30 illik yubileyini qeyd edəcək.Bu 30 il ərzində Yeni Azərbaycan Partiyası bütün istiqamətlərdə dövlətimizin, xalqımızın həyatında müstəsna rol oynamışdır. YAP-nın keçdiyi bəlli bir uğur yolu var. Ölkəmizin indiki və gələcək inkişafında xüsusi rola malik olan, qalibiyyətə, zəfərə imza atmış hakim partiya xalqımıza və dövlətimizə ciddi töhfələr vermişdir. Bu baxımdan hesab edirəm ki, Yeni Azərbaycan Partiyası öz yubileyinə tarixi Zəfəri və Qələbəsi ilə qədəm qoyacaq.


Müəllif: Dilarə Cəbrayılova

Oxşar xəbərlər