26 Aprel 2021 18:14
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında video formatda iştirak etdi. Bu format çərçivəsində bir sıra strateji əhəmiyyətli tezislər diqqətə çatdırıldı. Səslənən tezislər lokal, regional və beynəlxalq məzmun kəsb etməklə sessiya çərçivəsində çox böyük diqqətə səbəb oldu. Cənab Prezident diqqəti bu gün Ermənistanda baş verən revanşizm hisslərinə cəlb etdi. Ermənistanın Vətən müharibəsində kapituliyasiya aktına imza atdıqdan sonra da Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyi vurğulandı. Bu dövlət tərəfindən təxribatçı davranışların olması məsələsi də sessiya iştirakçılarının nəzərinə çatdırıldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, bu məsələlərdə beynəlxalq birlik, beynəlxalq ictimaiyyət qətiyyətli və prinsipial mövqe göstərməlidir: “Əks halda regionda hadisələr yenidən gərginləşmə üzrə inkişaf edə bilər. Bununla da yeni müharibə təhlükəsi qaçılmaz olar. Azərbaycan Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini icra edib. Bu hadisə bir daha onu nümayiş etdirir ki, BMT-nin qəbul etdiyi qətnamələr üzrə icra mexanizmləri yaradılmalıdır. Bununla bağlı proseslər həyata keçirilməlidir. Azərbaycan da, bu təşkilatın üzvü kimi bu təşəbbüsə dəstək verməyə hazırdır. Sözsüz ki, sessiyada bir daha dövlət başçısı tərəfindən 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı soyqırım həyata keçirildiyi vurğulandı. Beləliklə də müharibə cinayətinin olduğu bildirildi. Xocalı soyqırımı XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verib. Bu soyqırım bir daha Ermənistandakı siyasi hakimiyyətin terrorçu mahiyyətini daha ortaya qoyub”.

Deputat söyləyib ki, cənab Prezident sessiyada Azərbaycanın strateji nöqtədə yerləşməsi Asiya ilə Avropanı birləşdirən bir körpü rolunu oynadığını xatırladıb: “Bu nöqteyi nəzərdən Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm məntəqələrindən biridir. Bu kokteksdə Şərq-Qərb dəhlizinin mühüm elementlərindən bir olacaq Zəngəzur dəhlizinin həyata keçirilməsində Azərbaycan israrlıdır. Eyni zamanda Asiya və Sakit okean ölkələri üzrə tərəfdaşlar da bu prosesdə fəal iştirak etməyə dəvət olunur”.

Elman Nəsirov BMT Sessiyasında bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı milli və beynəlxalq miqyasda Azərbaycanın təşəbbüslərinin də diqqətə çatdırıldığını bildirib: “Azərbaycan bu bəlaya qarşı mübarizədə öz mövqeyini ortaya qoyub. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. 10 milyon dollar həcmində ianə ayrılıb. 30-da artıq dövlətə yardımlar edilib”

Millət vəkili deyib ki, dövlət başçısı sessiyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı məsələni də gündəmə gətirib: “Bu məsələdə də Azərbaycanın mövqeyi var. Bu mövqe haqq-ədalətə söykənir. Bütün ölkələrin və imkanları məhdud dövlətlərində bu vaksinlərdən yararlanması sessiyanın gündəliyində olub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər