Yeni Azərbaycan partiyası Xətai rayon təşkilatına yeni sədr əvəzi seçilib. Yeganə Məmmədəli qızı Qurbanova təşkilata müvəqqəti olaraq sədr əvəzi təyin olunub.
Teleqraf.com-un əldə etdiyi xəbər görə, YAP İdarə Heyətinin qərarı ilə sədr vəzifəsi Qurbanova Yeganə Məmmədəli qızına həvalə edilib.
O YAP Xətai rayon təşkilatının sədr müavini olmaqla yanaşı həm də 265 saylı tam orta məktəbin direktorudur. Əldə etdiyimiz məlumata görə, sədr əvəzi seçilən xanım Hüseynbala Mirələmovun yaxın qohumudur. Məhz H.Mirələmovun onu özünə müavin gətirdiyi deyilir.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sabiq sədri H.Mirələmovun xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən video yayılandan sonra o, partiyadan çıxarılıb.